21 yanvar 2026. Çərşənbə

“Barselona” Xulian Alvaresi 2026-cı ilin əsas transfer hədəfi seçib


  • Transfer
  • 15:46 20.01.2026
  • Oxunma sayı: 80
“Barselona” Xulian Alvaresi 2026-cı ilin əsas transfer hədəfi seçib

“Barselona” klubu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi 2026-cı ilin yay transfer dönəmi üçün əsas hədəf olaraq müəyyənləşdirib.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, Kataloniya təmsilçisi argentinalı forvardı heyətinə qatmaq üçün qarşıdakı yay transfer pəncərəsində bütün imkanlarını səfərbər edəcək. Lakin bu keçid yalnız İspaniya La Liqasının maliyyə feyr-pley qaydalarına əməl olunacağı halda mümkün olacaq.

“Barselona” rəhbərliyi Alvaresi vaxtilə komandada çıxış etmiş digər cənubi amerikalı hücumçu Luis Suaresə bənzədir və onun transferi üçün 82 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Xulian Alvares cari mövsümdə bütün turnirlər üzrə 27 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı futbolçunun bazar dəyərini €100 milyon olaraq qiymətləndirir.







Transfer