21 yanvar 2026. Çərşənbə

“Arsenal” Qabriel Xesusu satmağa hazırdır


  • Transfer
  • 16:04 20.01.2026
  • Oxunma sayı: 70
“Arsenal” Qabriel Xesusu satmağa hazırdır

“Arsenal” klubu hücumçu Qabriel Xesusun komandadan ayrılmasına müsbət yanaşır.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumata görə, braziliyalı futbolçunun transferində ölkəsinin “Palmeyras” klubu maraqlıdır. Braziliya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Məlumata görə, 27 yaşlı forvard mövsümün sonuna qədər İngiltərə Premyer Liqasında qalmaq niyyətindədir və özünü sübut edəcəyinə inanır.

Qeyd edək ki, Qabriel Xesus 2025-ci ilin yanvarında dizinin çarpaz bağlarından ciddi zədə alaraq uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. O, meydana qayıtdıqdan sonra Premyer Liqanın 19-cu turunda “Aston Villa”ya qarşı oyunda (4:1) fərqlənərək maraqlı performansa imza atmışdı. Futbolçu qol vurduqdan sonra formasını çıxararaq üzərində “I belong to Jesus” (“Mən İsa’ya məxsusam”) yazısı olan ağ köynək nümayiş etdirmişdi.

Cari mövsümdə Qabriel Xesus bütün turnirlər üzrə 9 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri €20 milyon təşkil edir.







Transfer