21 yanvar 2026. Çərşənbə

Premyer Liqa klubu Kanteni "Fənərbağça"dan almağa çalışır


  • Transfer
  • 16:25 20.01.2026
  • Oxunma sayı: 79
Premyer Liqa klubu Kanteni "Fənərbağça"dan almağa çalışır

Nüfuzlu insayder Fabritsio Romano “Fənərbağça” ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu arasında fransalı yarımmüdafiəçi N’Qolo Kantenin transferi ilə bağlı aparılan danışıqların detalları barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Romano bildirib ki, İstanbul təmsilçisi bu keçidi reallaşdırmaq üçün israrla çalışır və futbolçu ilə razılaşma demək olar ki, hazırdır:

“‘Fənərbağça" N’Qolo Kante ilə bağlı "Əl-İttihad"la razılaşmanı bağlamaqda çox israrlıdır. Futbolçu ilə müqavilə demək olar ki, hazırdır, yalnız bəzi xırda detalları həll etmək qalır. Klub bunun üzərində ciddi dayanır. Çünki onlar bilirlər ki, ötən həftəsonu Premyer Liqadan hansısa klub N’Qolo Kantenin agentləri ilə əlaqə saxlayıb”.

İnsayderin sözlərinə görə, “Fənərbağça” İngiltərə klublarının Kante üçün mümkün transfer variantlarını araşdırdığından xəbərdardır və məhz buna görə prosesi sürətləndirməyə çalışır:

“İngilis klubları Kante ilə bağlı hansısa imkanın olub-olmadığını yoxlayırlar. Bu səbəbdən "Fənərbağça" tələskən davranır və futbolçuya təzyiq göstərir. Razılaşma artıq son mərhələdədir. Bu transfer dünya çempionatı ərəfəsində fransalı yarımmüdafiəçi üçün böyük addım ola bilər”.







Transfer