21 yanvar 2026. Çərşənbə

Abraham “Aston Villa”ya keçməyə razılıq verib


  • Transfer
  • 17:56 20.01.2026
  • Oxunma sayı: 90
Abraham “Aston Villa”ya keçməyə razılıq verib

“Beşiktaş”da icarə əsasında çıxış edən hücumçu Tammi Abraham karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu İngiltərənin “Aston Villa” klubuna transfer olunmağa razılıq verib.

“Roma” klubu 28 yaşlı futbolçunun gedişini təsdiqləməyə hazırlaşır.

Qeyd edək ki,  Abraham “Çelsi” akademiyasının yetirməsidir. 2018-2019-cu illərdə o, artıq “Aston Villa”da icarə əsasında çıxış edib. 2021-ci ildən Abraham “Roma”da oynayır, ötən mövsüm isə “Milan”da icarədə olub.







Transfer