- Transfer
- 00:10 21.01.2026
Madrid “Real”ının gənc müdafiəçisi Viktor Valdepenyas karyerasını “Arsenal” klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 19 yaşlı futbolçu Londonun təmsilçisinin maraq dairəsinə düşüb. “Topçular” yay transfer pəncərəsi üçün planlarını hazırlayır və gənc oyunçunun agenti ilə ilkin danışıqlara başlayıq.
Valdepenyas həm “Real”, həm də “Leganes” akademiyalarının yetirməsidir. O, həm mərkəz müdafiəsi, həm də sol cinahda çıxış edə bilir.Transfermarkt portalı onun bazar dəyərini cəmi 3 milyon avro qiymətləndirir.