21 yanvar 2026. Çərşənbə

Daha bir klub Mateta uğrunda yarışa qoşuldu


  • Transfer
  • 19:46 20.01.2026
  • Oxunma sayı: 69
Daha bir klub Mateta uğrunda yarışa qoşuldu

“Aston Villa”nın baş məşqçisi Unay Emeri hücum xəttini gücləndirmək niyyətindədir.

 90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumata görə, Birminhem təmsilçisinin adı daha əvvəl "Beşiktaş"da icarə əsasında çıxış edən hücumçu Tammi Abrahamla hallansa da, klubun transfer siyahısında başqa hücumçular da var.

“Aston Villa” “Kristal Pelas”ın forvardı Jan-Filipp Mateta ilə maraqlanır. Premyer Liqa klubu artıq fransız futbolçunun agenti ilə danışıqlara başlayıb.

28 yaşlı futbolçunun adı bundan əvvəl “Yuventus”la da əlaqələndirilirdi. Lakin Turin klubu futbolçu üçün tələb olunan məbləği yüksək hesab edib.

Bildirilir ki, “Kristal Pelas” Matetanın transferindən 40 milyon avro gəlir əldə etmək istəyir. Hücumçunun London klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer