- Transfer
- 00:10 21.01.2026
Misir “Əl-Əhli”sinin hücumçusu Həmzə Əbdülkərim “Barselona”ya keçməyə yaxındır.
90deqiqe.Az-ın "Diario Sport"a istinadən məlumata görə, klublar uzun danışıqlardan sonra oyunçunun transfer şərtlərində razılığa gəliblər.
18 yaşlı futbolçu mövsümün sonuna qədər kataloniyalıların ikinci komandasında çıxış edəcək və icarə müddətinin sonunda 3 milyon avro müqabilində alınması nəzərdə tutulub. Həmçinin 5 milyon avro bonus ödənişi mümkün olacaq.
Qeyd edək ki, Abdəlkarim “Əl-Əhli”də 9 oyunda iştirak edib, məhsuldar hərəkətə imza atmayan gənc oyunçu Misir U-17 millisində 19 oyunda 12 dəfə fərqlənib.