- Transfer
- 17:39 21.01.2026
“Bayer” və “Real” klublarının sabiq baş məşqçisi Xabi Alonso “Liverpul”u çalışdırmağa hazırdır.
90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumata görə, Alonso öz gücünə inanır və klubda mövcud olan futbolçular hesabına “Liverpul”da dünya səviyyəli komanda formalaşdıra biləcəyini düşünür. Bununla belə, xəbərdə Xabi Alonsonun mersisayd klubundan rəsmi təklif alıb-almadığına dair məlumat yer almır.
Xabi Alonso 2025-ci ilin yayından etibarən Madrid “Real”ında çalışıb. Daha əvvəl o, Almaniyanın “Bayer” klubunun baş məşqçisi olub. “Kral klubu”nun baş məşqçi postuna isə Madrid təmsilçisinin digər sabiq futbolçusu Alvaro Arbeloa təyin edilib.
İspaniya La Liqasında “Real” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid təmsilçisi 20 turdan sonra 48 xal toplayıb.