- Transfer
- 17:39 21.01.2026
“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin transferi ilə bağlı cəhdlərini davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, London klubu bir neçə mövqedə çıxış edə bilən kreativ yarımmüdafiəçi axtarışındadır və Fermin Lopes bu tələblərə tam uyğundur.
Qeyd edək ki, Lopes “Barselona”nın yetirməsidir. Bu mövsüm 22 yaşlı yarımmüdafiəçi bütün turnirlər nəzərə alınmaqla 23 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin Lopesin Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, ispaniyalı futbolçunun bazar dəyəri 70 milyon avro təşkil edir.