- Transfer
- 23:18 21.01.2026
“Mançester Yunayted”in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandeşin klubdan ayrıla bilər.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, "qırmızı şeytanlar" portuqaliyalının gələcəyi ilə bağlı Dünya Çempionatından öncə danışıqlar aparmağı planlaşdırır.
Premyer Liqa klubu yarımmüdafiəçinin ən azı bir mövsüm daha komandada qalmasını istəyir. Eyni zamanda, klub oyunçudan mundiala qədər planlarını öyrənmək niyyətindədir ki, heyətin gələcək planlamasına daha çox vaxt ayırılsın.
Hazırda futbolçunun “Mançester Yunayted” ilə müqaviləsi 2027-ci ilin ortasına qədər qüvvədədir. Müqavilədə əlavə olaraq bir mövsümlük uzatma opsiyası da nəzərdə tutulub.