8 mart 2026. Bazar günü

Karlo Ançelotti “Real”a qayıda bilər


  • Transfer
  • 22:44 21.01.2026
  • Oxunma sayı: 420
Karlo Ançelotti “Real”a qayıda bilər

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti üçüncü dəfə “Real Madrid”i çalışdırmağa hazır ola bilər.

 90deqiqe.Az-ın "Touchline"ə istinadən məlumata görə, italiyalı mütəxəssis Madriddəki klubun baş məşqçisi olmaq istədiyini bildirib.

Hazırda “kral klubu” Ançelottini ehtiyat variant kimi nəzərdən keçirir. Əvvəllər Ançelotti açıqlamışdı ki, yalnız “Real” klubunu çalışdırmaq niyyətindədir.

Karlo Ançelotti 2013–2015 və 2021–2025-ci illərdə “Real Madrid”i çalışdırıb. Onun rəhbərliyi altında klub 15 titula qazanıb, bunlardan üçü Çempionlar Liqası, ikisi isə İspaniya çempionluğudur.







Transfer

3 top klub arasında mübarizə
  • Transfer
  • 18:17 07.03.2026
3 top klub arasında mübarizə