22 yanvar 2026. Cümə axşamı

"Mançester Yunayted" Reşfordun gələcəyi ilə bağlı qərar verib


  • Transfer
  • 23:18 21.01.2026
  • Oxunma sayı: 37
"Mançester Yunayted" Reşfordun gələcəyi ilə bağlı qərar verib

“Barselona”nın hücumçusu Markus Reşford “Mançester Yunayted”ə qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” futbolçunun Kataloniya klubundakı çıxışından məmnundur və onun yenidən komandaya dönməsini istəyir.

 “Mançester Yunayted” artıq futbolçunun agentləri ilə danışıqlar aparıb. “Barselona” Markus Reşfordu cari mövsümün sonunadək icarəyə götürüb. İngilis futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

Cari mövsümdə Reşford bütün turnirlərdə 29 oyunda iştirak edib, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyərinin 30 milyon avro olduğu bildirilir.







Transfer