- Transfer
- 23:49 22.01.2026
“Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, “Çəkicdarlara” cinah hücumçusu Keyber Lamadrid qoşulub. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Lamadrid İngiltərə klubuna icarə əsasında keçib. O, “Vest Hem”ə “Deportivo La Quaira” klubundan transfer olunub. İcarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir və futbolçunun tam transferi üçün satınalma opsiyası da nəzərdə tutulub.
Ötən mövsüm vinger Kolumbiya klubunun heyətində 36 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17 xalla 18-ci pillədə qərarlaşıb.