- Transfer
- 23:49 22.01.2026
Madridin “Atletiko” klubu hücum xəttini gücləndirmək üçün yeni forvard axtarışına başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Xulian Alvareşin komandadan ayrılma ehtimalıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “matrasçılar” PSJ-nin hücumçusu Qonsalu Ramuşu qarşıdakı yay transfer pəncərəsi üçün əsas namizədlərdən biri kimi müəyyənləşdirib.
Cari mövsümdə 24 yaşlı futbolçu Paris təmsilçisinin heyətində bütün turnirlər üzrə 28 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt portalı portuqaliyalının bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, Qonsalu Ramuş 2024-cü ildə “Benfika”dan 65 milyon avro qarşılığında PSJ-yə transfer olunub. Onun Paris klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.