23 yanvar 2026. Cümə

Bernardu Silva Messi ilə bir komandada oynaya bilər


  • Transfer
  • 22:12 22.01.2026
  • Oxunma sayı: 37
Bernardu Silva Messi ilə bir komandada oynaya bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını MLS-də davam etdirə və Lionel Messinin komanda yoldaşı ola bilər.

90deqiqe.Az-ın məlumatına görə,  ABŞ təmsilçisi “İnter Mayami” portuqaliyalı futbolçunun transferində əsas favorit hesab olunur. 

Bernardu Silvanın “Mançester Siti”dəki mövqeyi artıq əvvəlki kimi təminatlı deyil və bu səbəbdən təxminən 20 milyon avro məbləğində təklif onun keçidi üçün yetərli ola bilər. “İnter Mayami” rəhbərliyi sürətli davranmaq niyyətindədir və futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq. Artlq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

Bernardu Silva 2017-ci ildən etibarən “şəhərlilər”in formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 437 oyun keçirib, 73 qol vurub və 76 məhsuldar ötürmə edib. Xosep Qvardiolanın rəhbərliyi altında portuqaliyalı yarımmüdafiəçi ümumilikdə 18 titul qazanıb. Onların sırasında 6 Premyer Liqa çempionluğu və Çempionlar Liqası kuboku da var.

Cari mövsümdə Bernardu Silva “Mançester Siti”nin heyətində 30 matça çıxıb və 1 qol, 3 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır. Transfermarkt portalı futbolçunun transfer dəyərini 27 milyon avro olaraq qiymətləndirir.







Transfer