- Transfer
- 23:49 22.01.2026
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay bu mövsüm Çempionlar Liqasında ən çox qol vəziyyəti yaradan futbolçu olub.
90deqiqe.Az-ın "Squawka"ya istinadən məlumata görə, 25 yaşlı macar futbolçu 7 məhsuldar vəziyyət yaradıb.
Macarıstan millisinin üzvünü komanda yoldaşı Kodi Qakpo və “Atalanta”nın futbolçusu Şarl De Ketelare isə hərəsi 6 qol vəziyyəti ilə onu izləyir. Həmçinin “Bavariya”dan Serj Qnabri, “Liverpul”dan Məhəmməd Salah, “Arsenal”dan Deklan Rays və “Barselona”dan Lamin Yamal hərəsi 5 məhsuldar ötürmə göstərib.
21 yanvar tarixində keçirilən Çempionlar Liqasının VII tur matçında Soboslay “Marsel”ə qarşı fərqlənərək qol vurub. Oyun “Liverpul”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.