23 yanvar 2026. Cümə

Rafa Silva “Beşiktaş”dan ayrıldı


  • Transfer
  • 22:30 22.01.2026
  • Oxunma sayı: 31
Rafa Silva “Beşiktaş”dan ayrıldı

“Beşiktaş” klubunun futbolçusu Rafa Silva karyerasını Portuqaliyanın "Benfika" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, 32 yaşlı futbolçunun "Benfika"ya “qəti transferi” üçün razılıq əldə olunub.

Portuqaliyalı oyunçu 2024-cü ildə “Beşiktaş”a keçib. Klubun formasını geydiyi müddətdə 65 oyuna çıxaraq 23 qol vurub və 1 dəfə Super Kubok qazanıb. Rafa Silva son dəfə “Beşiktaş” formayla 2 noyabr 2025 tarixində “Fənərbağça” ilə keçirilən derbidə meydana çıxıb.







Transfer