- Transfer
- 23:49 22.01.2026
“Atletiko” klubunun hücumçusu Xulian Alvares karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, “Arsenal” və “Çelsi” argentinalı futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar artıq futbolçunun transferi ilə bağlı agentləri vasitəsilə danışıqlar aparıb.
Məlumata görə, 25 yaşlı futbolçu komandada qalmaqdan getdikcə məyus olur və karyerasını davam etdirmək üçün prioritet variant kimi “Barselona”ya transferi nəzərdən keçirir. Lakin katalon klubunun maliyyə məhdudiyyətləri mövcuddur. Alvares yalnız Londona keçid şərti ilə İngiltərəyə qayıtmağa hazırdır.
Hücumçu 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. Cari mövsümdə o, bütün turnirlər üzrə 28 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, Alvaresin bazar dəyəri 100 milyon avro təşkil edir.