- Transfer
- 02:12 23.01.2026
“Real Madrid”in futbolçusu Trent Aleksander-Arnoldun komandadakı gələcəyi sual altına düşüb.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumata görə, ötən yay “Liverpul”dan ayrılaraq İspaniya nəhənginə transfer olunan ingilis müdafiəçi tez-tez aldığı zədələr səbəbindən stabil oyun göstərə bilmir.
Bu səbəbdən futbolçu Madrid klubundakı mövcud durumundan narazıdır və yay transfer dönəmində komandasını dəyişmək üçün hərəkətə keçib. Mənbə iddia edir ki, Aleksander-Arnoldun əsas hədəfi “Bavariya”ya transfer olunmaqdır.
Lakin bu keçidin reallaşması asan görünmür. Belə ki, futbolçunun “Real”la 2031-ci ilin ortalarına qədər müqaviləsi var və anlaşmada astronomik – 1 milyard avro məbləğində sərbəstqalma maddəsi mövcuddur. Bu səbəbdən transfer yalnız Madrid klubunun razılığı ilə mümkündür.
Bununla yanaşı, “Real” rəhbərliyi Trentin yenidən optimal formasına qayıdacağına və gələcəkdə komandanın əsas oyunçularından birinə çevriləcəyinə ümid edir.