23 yanvar 2026. Cümə

Səudiyyə klubu Vinisiusa 1 milyard avro ödəməyə hazırdır


  • Transfer
  • 23:49 22.01.2026
  • Oxunma sayı: 39
Səudiyyə klubu Vinisiusa 1 milyard avro ödəməyə hazırdır

“Real Madrid”in hücumçusu Vinisius Junior yaxın günlərdə komandada çıxışını davam etdirmək istədiyini açıqlasa da, onun gələcəyi ilə bağlı müzakirələr səngimək bilmir.

90deqiqe.Azn məlumatına görə, Səudiyyə Ərəbistanı klubları Vinisiusu heyətinə qatmaq üçün ciddi maraq göstərir. Braziliyalı futbolçuya əsas namizəd Ciddə təmsilçisi “Əl-Əhli” klubudur.

Sözügedən klub Vinisius Juniora ümumi dəyəri 1 milyard avro olan rekordmüddətli müqavilə təklif etməyə hazırdır. Futbolçunun yaxın ətrafı artıq bir ildən çoxdur Səudiyyə Ərəbistanı tərəfi ilə təmasdadır.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə mövcud müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.







Transfer