23 yanvar 2026. Cümə

“Mançester Yunayted”“Beşiktaş”ın ulduzunu transfer etmək istəyir


  • Transfer
  • 11:54 23.01.2026
  • Oxunma sayı: 65
“Mançester Yunayted”“Beşiktaş”ın ulduzunu transfer etmək istəyir

“Beşiktaş”ın yarımmüdafiəçisi Vilyfred Ndidi İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. Bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.

O “qırmızı şeytanlar” artıq nigeriyalı futbolçuya mümkün əməkdaşlıqla bağlı rəsmi təklif göndəriblər. Təklifin maliyyə detalları isə hələlik açıqlanmır.

Cari mövsümdə Ndidi “Beşiktaş”ın heyətində bütün turnirlər üzrə 16 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, 29 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 10 milyon avro təşkil edir.







Transfer