23 yanvar 2026. Cümə

“Mançester Siti” yarımmüdafiəçisini itirə bilər


  • Transfer
  • 12:22 23.01.2026
  • Oxunma sayı: 49
“Mançester Siti” yarımmüdafiəçisini itirə bilər

“Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Kelvin Fillips qış transfer pəncərəsində komandadan ayrıla bilər.

 90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumata görə, “Vulverhempton” klubu 30 yaşlı yarımmüdafiəçinin transferi uğrunda yenidən mübarizəyə qoşulub. “Canavarlar” yanvar ayının sonuna qədər futbolçu ilə bağlı razılaşma əldə etməyə çalışır. Transferin həm icarə, həm də tam keçid variantları nəzərdən keçirilir.

Cari mövsümdə Fillips meydanda cəmi bir dəfə — İngiltərə Liqa Kubokunda çıxış edib və həmin oyunda 7 dəqiqə oynayıb. Yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro təşkil edir.







Transfer