- Transfer
- 17:41 23.01.2026
“Liverpul”un müdafiəçisi Andryu Robertson mövsümün qış transfer dövründə klubunu dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Tottenhem” klubu şotlandiyalı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Futbolçu ilə şifahi razılaşma artıq əldə olunub, hazırda isə klub rəhbərlikləri arasında danışıqlar davam edir.
Robertson “Liverpul”un formasını 2017-ci ilin yayından bəri geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 362 oyunda iştirak edib, 12 qol vurub və 68 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 12 milyon avro təşkil edir.