- Transfer
- 17:41 23.01.2026
“Real” klubu “Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppu bu yay komandanın sükanı arxasına gətirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Touchline"yə istinadən məlumata görə, almaniyalı mütəxəssis “kral klubu”na baş məşqçi təyin olunacağı təqdirdə transfer siyasətinə tam nəzarət etmək niyyətindədir. Bu, həm futbolçuların transferi, həm də satış proseslərinə aiddir.
Qeyd olunur ki, Kloppun planlarında müdafiəçilər Dani Karvaxal və Ferlan Mendi yer almır.
Yurgen Kloppun son klubu “Liverpul” olub. O, 2015–2024-cü illərdə Mersisayd təmsilçisini çalışdırıb. Alman mütəxəssisin rəhbərliyi altında “qırmızılar” səkkiz titul qazanıblar: iki İngiltərə Liqa Kuboku, İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, İngiltərə Superkuboku, UEFA Superkuboku, klublararası dünya çempionatı və UEFA Çempionlar Liqası.