24 yanvar 2026. Şənbə

“Beşiktaş”dan “Benfika”ya


  • Transfer
  • 22:44 23.01.2026
  • Oxunma sayı: 192
“Beşiktaş”dan “Benfika”ya

Portuqaliyanın “Benfika” klubu hücumçu Rafa Silvanı transfer edib.

90deqiqe.Az xəbər verir ki, futbolçu “Beşiktaş”dan heyətə cəlb olunub və onunla 2028-ci ilədək müqavilə imzalanıb. Bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb.

Transfer Portuqaliya klubuna 5 milyon avroya başa gəlib. Rafa Silvanın “Beşiktaş”dan ayrılması isə baş məşqçi və klub rəhbərliyi ilə yaşanan fikir ayrılığı ilə əlaqədar olub.

Yeni klubu barədə danışan futbolçu qayıdışından məmnunluğunu gizlətməyib:

“Ev üçün darıxırdım və geri qayıtmaq istəyirdim. Bu fürsət cəmi bir neçə gün əvvəl yarandı və hər şey alındı. Buraya yenidən qayıtmaq imkanı yaratdıqları üçün minnətdaram”, – deyə Rafa Silva bildirib.

Qeyd edək ki, hücumçu 2016–2024-cü illər aralığında “Benfika”nın formasında 326 oyuna çıxıb, 94 qol vurub və 79 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə Rafa Silva 16 matçda 5 qolla fərqlənib.







Transfer