- Transfer
- 23:59 23.01.2026
“Arsenal” klubunun yarımmüdafiəçisi İtan Nvaneri karyerasını Fransanın “Marsel” komandasında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu icarə əsasında “Marsel”ə keçib. İcarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub və razılaşmada futbolçunun transfer hüququnun alınması (opsiya) yer almayıb. Mövsüm başa çatdıqdan sonra Nvaneri yenidən Londona qayıdacaq.
Qeyd edək ki, İtan Nvaneri “Arsenal” akademiyasının yetirməsidir və 2024-cü ilin yayından etibarən əsas komandanın heyətində çıxış edir. Cari mövsümdə yarımmüdafiəçi London təmsilçisinin formasında 12 oyuna çıxıb və 1 qol vurub.
Hazırda “Marsel” Fransa Liqa 1-in turnir cədvəlində PSJ və “Lans”dan sonra üçüncü pillədə qərarlaşıb.