- Transfer
- 23:59 23.01.2026
“Napoli” klubunun futbolçusu Noa Lanqın Türkiyənin “Qalatasaray” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı futbolçunu 2025-2026 mövsümünün qalan hissəsi üçün icarə əsasında heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Türkiyə klubu 26 yaşlı futbolçunun icarəsi üçün “Napoli” klubuna 2 milyon avro ödəyəcək. Futbolçuya isə mövsümün qalan hissəsi üçün 1,75 milyon avro məbləğində zəmanətli əmək haqqı alacaq.
Rəsmi açıqlamada həmçinin qeyd olunub ki, icarə müqaviləsində Lanqın daimi transferi üçün zəruri olmayan satınalma opsiyonu mövcuddur.