- Transfer
- 23:59 23.01.2026
İngiltərənin “Tottenhem” klubu “Liverpul”un yarımmüdafiəçisi Kurtis Cons ilə maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, London klubu futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb, 30 milyon funt sterlinq qiyməti ilə almaq hüququna sahib olmaq istəyir.
Buna baxmayaraq, “Qırmızılar” Jonesu uyğun əvəz tapmadan satmağı nəzərdən keçirmir və onu yayadək komandada saxlamaq niyyətindədir.
Hazırda Kurtis Consun müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir, klub onun müqaviləsini uzatmağa çalışır, amma razılıq hələ əldə olunmayıb.
“Tottenhem” isə yanvar ayında əməliyyatı bağlamağa çalışır.