24 yanvar 2026. Şənbə

“River Pleyt” əfsanəsini geri qaytardı


  • Transfer
  • 23:59 23.01.2026
  • Oxunma sayı: 176
“River Pleyt” əfsanəsini geri qaytardı

“Yuventus”un və Fransa millisinin sabiq futbolçusu David Trezeqe Argentinaya qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu bir vaxtlar çıxış etdiyi “River Pleyt” klubunda bu dəfə idarəçilik sahəsində fəaliyyət göstərəcək.  

Klub Trezeqeni bütün rəhbər heyətin iştirakı ilə ictimaiyyətə təqdim edib. Onun “River Pleyt”də tutacağı konkret vəzifə açıqlanmasa da, sabiq futbolçunun klubun strateji məsələlərində iştirak edəcəyi və institusional münasibətlərdə “River Pleyt”i təmsil edəcəyi bildirilib.

Xatırladaq ki, Trezeqe futbolçu karyerası dövründə “River Pleyt”lə Argentina ikinci liqasının çempionu olmuşdu. Əlavə edək ki, David Trezeqe futbolçu karyerasını 2015-ci ildə başa vurub.







Transfer