25 yanvar 2026. Bazar günü

"Ayaks" "Barselona"nın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 21:25 24.01.2026
  • Oxunma sayı: 51
"Ayaks" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal karyerasını Niderland çempionatında davam etdirə bilər.

 90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, “Ayaks” 18 yaşlı futbolçunu icarəyə götürmək istəyir. 

Məlumata görə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ispan futbolçusunun böyük istedadını görür və onun komandadan ayrılmasını istəmir. Alman mütəxəssis Bernalı rotasiyada istifadə etməyə hazırdır və yarımmüdafiəçinin əsas heyət uğrunda mübarizə aparacağını gözləyir.

Mark Bernal “Barselona”nın akademiyasının yetirməsidir. Cari mövsümdə o, bütün turnirlərdə 13 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə fərqlənib. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Bernalın bazar dəyəri 10 milyon avrodur.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi