25 yanvar 2026. Bazar günü

“Atletiko” Mark Kasado üçün danışıqları dayandırdı


  • Transfer
  • 21:50 24.01.2026
  • Oxunma sayı: 40
“Atletiko” Mark Kasado üçün danışıqları dayandırdı

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İspaniyanın başqa bir klubunda davam etdirə bilər.

 90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, Madrid “Atletiko”su ispan futbolçu ilə maraqlanıb. Lakin futbolçunun agenti Jorge Mendes ilə aparılan danışıqlardan sonra “matrasçılar” anlayıblar ki, Kasado hazırda katalon klubunu tərk etmək istəmir. 

Məlumata görə, son saatlarda “Atletiko”nun diqqəti “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomesə yönəlib. Madrid klubu portuqaliyalı futbolçu üçün təxminən 40 milyon avro ödəməyə hazırdır.

Eyni zamanda, “Atalanta” “Atletiko”nun yarımmüdafiəçi Edersonu almaq tələbinə müsbət cavab verməyib.

Cari mövsümdə Qomes bütün turnirlər üzrə 25 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 40 milyon avrodur.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi