- Transfer
- 23:59 24.01.2026
“Çelsi”nin müdafiəçisi Coş Açimponq karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumata görə, “Bavariya”nın 19 yaşlı futbolçunu transfer hədəfinə daxil olub.
Almaniya klubu gənc futbolçunu heyətinə qatmaq istəyir. Lakin “mavilər” oyunçunu satmaqdan qəti şəkildə imtina edirlər. Londonda komandada Açımpongda böyük potensial görürlər. Hazırda danışıqlar yenə də davam edir.
Coş Açımpong “Çelsi” akademiyasının yetirməsidir. Onun London klubuyla mövcud müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Cari mövsümdə müdafiəçi bütün turnirlər üzrə 17 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt portalı futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.