- Transfer
- 23:59 24.01.2026
PSJ-nin hücumçusu İbrahim Mbaye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Çelsi” və “Aston Villa” 18 yaşlı istedad uğrunda mübarizə aparır. Mbaye Afrika Millətlər Kubokunda diqqət çəkən çıxışı ilə adından söz etdirib və hər iki klub onun xidmətində israrlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.
Lakin İngiltərə komandalarının marağına baxmayaraq, Fransa nəhəngi Mbayedən ayrılmaq niyyətində deyil. Futbolçunun Paris klubuyla müqaviləsi 2028-ci ilə qədərdir və klub onu saxlamaq üçün yeni müqavilə təklif etməyi düşünür.
Cari mövsümdə Mbaye PSJ-nin heyətində bütün turnirlər üzrə 21 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Beynəlxalq arenada da özünü göstərərək Afrika Millətlər Kubokunda Seneqal millisinin əsas oyunçularından biri olub: 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib, əsasən ehtiyatdan meydana çıxıb.