25 yanvar 2026. Bazar günü

Menyan “Milan”la 2031-ci ilə qədər yeni müqavilə bağlayacaq


  • Transfer
  • 22:31 24.01.2026
  • Oxunma sayı: 32
Menyan “Milan”la 2031-ci ilə qədər yeni müqavilə bağlayacaq

“Milan”ın qapıçısı Mayk Menyan karyerasını “rossoneri”də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, klub qolkiperlə 2031-ci ilin yayına qədər yeni müqavilə üzrə şifahi razılığa gəlib. Tərəflər yekun detalları müzakirə edəcəklər, lakin razılaşma artıq demək olar ki, tamamlanıb. Menyan Milan klubu tərəfindən əsas futbolçulardan biri kimi qiymətləndirilir.

Mayk Menyan 2021-ci ildə “Lill”dən “Milan”a 16 milyon avroya transfer olunub. Onun əvvəlki müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədə idi. Cari mövsümdə qapıçı bütün turnirlər üzrə 24 oyunda iştirak edib, 19 qol buraxıb və 11 oyunda qapısını toxunulmaz saxlayıb.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi