25 yanvar 2026. Bazar günü

“Milan” Brahim Diası geri gətirmək istəyir


  • Transfer
  • 22:44 24.01.2026
  • Oxunma sayı: 36
“Milan” Brahim Diası geri gətirmək istəyir

“Real”ın hücumçusu Brahim Dias karyerasını yenidən “Milan”da davam etdirə bilər.

 90deqiqe.Az-ın "Futbol del Sr. Destrangis"ə istinadən məlumata görə, “rossoneri” mərakeşli futbolçunun transferini reallaşdırmaq niyyətindədir. "Milan" klubu hazırda Diasın imza atması imkanı üçün agenti ilə danışıqlarını davam etdirir.

“Real” futbolçunu buraxmağa hazır olsa da, minimum 60 milyon avro tələb edir.

Qeyd edək ki, Brahim Dias 2020–2023-cü illərdə artıq “Milan”da çıxış edib. O, komanda üçün ümumilikdə 124 oyuna çıxıb, 18 qol vurub və 15 məhsuldar ötürmə edib.

Hücumçunun Madrid klubu ilə mövcud müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Transfermarkt portalına görə, Diasın bazar dəyəri 35 milyon avrodur.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi