25 yanvar 2026. Bazar günü

“Arsenal”ın idman direktoru Alvares üçün hərəkətə keçdi


  • Transfer
  • 22:51 24.01.2026
  • Oxunma sayı: 48
“Arsenal”ın idman direktoru Alvares üçün hərəkətə keçdi

“Arsenal”ın idman direktoru Andrea Berta Xulian Alvares məsələsində köhnə əlaqələrini işə salıb.

 90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, Berta “Atletiko”nun hücumçusunun agenti Fernando İdalqo ilə uzun illərə söykənən münasibətlərini qoruyur.

Məlumata əsasən, Madrid təmsilçisinin rəsmiləri argentinalı futbolçunun düşərgəsi ilə qeyri-rəsmi danışıqlar apararaq, rəsmi təklif verməzdən əvvəl transferin mümkünlüyünü yoxlayıblar.

Xəbərdə vurğulanır ki, Alvaresin müqaviləsində 500 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur. Buna baxmayaraq, “matrasniklər” hücumçuya yayda real maraq yaranacağı halda onun satış qiymətini 100 milyon avrodan yuxarı müəyyənləşdirəcəklər.

Xulian Alvares “Atletiko” formasını 2024-cü ildən geyinir. O, bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxaraq 11 qol vurub və 5 assist edib. Argentinalı forvardın Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, "Transfermarkt" Alvaresin hazırkı bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi