- Transfer
- 23:59 24.01.2026
Seneqallı hücumçu Sadio Mane “Əl-Nəsr” klubunu tərk edəcək.
90deqiqe.Az-ın "365Scores Arabia"ya istinadən məlumata görə, Səudiyyə klubunun rəhbərliyi futbolçuya yeni müqavilə təklifi təqdim etməməyi qərara alıb. Hazırkı müqavilə 30 iyun 2027-ci il tarixinə qədər qüvvədədir.
Sadio Mane 2023-cü ildə “Bavariya”dan 30 milyon avroya “Əl-Nəsr”ə transfer olunub. Cari mövsümdə o, klubun heyətində bütün turnirlər üzrə 17 oyunda iştirak edərək 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalı hücumçunun bazar qiymətini 7 milyon avro qiymətləndirir. Hazırda “Əl-Nəsr” 37 xalla Səudiyyə Ərəbistanı çempionatında 3-cü pillədə qərarlaşıb.