25 yanvar 2026. Bazar günü

"Qalatasaray" "Barselona"nın yarımmüdafiəçisini hədəfə alıb


  • Transfer
  • 23:58 24.01.2026
  • Oxunma sayı: 36
"Qalatasaray" "Barselona"nın yarımmüdafiəçisini hədəfə alıb

 “Barselona”nın yarımmüdafiəçisi Mark Kasado komandasını dəyişə bilər.

 90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumata görə, "Qalatasaray" və Madridin "Atletiko" klubları 22 yaşlı futbolçu ilə maraqlanır.

Lakin Kasado artıq Türkiyə klubunun təklifini rədd edib və qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətində deyil. Madrid klubu isə futbolçunu razı salmaq üçün agenti ilə danışqılarını davam etdirir.

Futbolçunun müqaviləsində 100 milyon avroluq çıxış klauzu yer alır.

Bu mövsüm Casado bütün turnirlər üzrə 19 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir və Transfermarkt portalına görə, onun bazar qiyməti 25 milyon avrodır.







Transfer

"Fulhem"i bu kluba dəyişdi
  • Transfer
  • 22:06 24.01.2026
"Fulhem"i bu kluba dəyişdi