- Transfer
- 16:05 25.01.2026
“Liverpul” klubu Madrid “Real”ının sabiq baş məşqçisi Xabi Alonsonun nümayəndələri ilə əlaqə saxlayıb.
90deqiqe.Az-ın "AS" nəşrinə istinadən məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada keçib.
Mənbənin verdiyi xəbərə görə, ispan mütəxəssis futbolçu karyerası dövründə çıxış etdiyi kluba qayıtmaqda “qətiyyətlidir”. “Liverpul” rəhbərliyində Alonsonaya qarşı “hörmətlə qarışıq heyranlıq” hissinin olduğu vurğulanır. Bildirilir ki, mersisaydlıların hər oyunu hazırkı baş məşqçi Arne Slotun gələcəyini sual altına salır.
Qeyd edək ki, Xabi Alonso ötən yay “kral klubu”nun baş məşqçisi təyin edilmişdi. Yanvarın 12-də “Real” ispan mütəxəssislə əməkdaşlığa son qoyulduğunu açıqlayıb.
İngiltərə Premyer Liqasında 23 turdan sonra “Liverpul” 36 xal toplayaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.