25 yanvar 2026. Bazar günü

"Yuventus" Kolo-Muanini geri qaytarmaq istəyir


  • Transfer
  • 15:35 25.01.2026
  • Oxunma sayı: 55
"Yuventus" Kolo-Muanini geri qaytarmaq istəyir

Hazırda icarə əsasında “Tottenhem”də çıxış edən müqavilə ilə PSJ-yə məxsus olan hücumçu Randal Kolo-Muani karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu “Yuventus”un maraq dairəsinə düşüb.

Turin təmsilçisi 27 yaşlı hücumçunu mövsümün ikinci yarısı üçün icarəyə götürmək niyyətindədir və artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

Kolo-Muani ötən ilin yayında icarə əsasında “Tottenhem”ə keçib. Bildirilir ki, “Spurs”un futbolçunu daimi almaq cəhdi uğursuz olub.

Cari mövsümdə Kolo-Muani bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “PSJ” ilə mövcud müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer