- Transfer
- 16:05 25.01.2026
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono İspaniya La Liqasını tərk edərək İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az-ın "Tribal Football"a istinadən məlumata görə, 18 yaşlı yarımmüdafiəçini “Çelsi” klubu icarəyə götürməkdə maraqlıdır. İngiltərə təmsilçisi futbolçunu 2025/2026 mövsümünün sonuna qədər icarəyə almağı planlaşdırır. London klubu artıq argentinalı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Mastantuono ötən ilin avqust ayında “kral klubu”na keçib. “Real” onun keçidi üçün “River Plate”ə 45 milyon avro ödəyib. Gənc futbolçu Madrid təmsilçisi ilə 2031-ci ilin iyun ayına qədər uzunmüddətli müqavilə imzalayıb.