25 yanvar 2026. Bazar günü

“Liverpul” Robertsona əvəzləyici tapdı


  • Transfer
  • 15:44 25.01.2026
  • Oxunma sayı: 50
 “Liverpul” Robertsona əvəzləyici tapdı

ABŞ millisinin və “Fulhem”in sol müdafiəçisi Entoni Robinson karyerasını İngiltərə Premyer Liqasının digər top-klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumata görə, 25 yaşlı futbolçu ilə “Liverpul” maraqlanır. “Qırmızılar” Robinsonu hazırda “Liverpul”da oynayan Endryu Robertsonun əvəzinə heyətə qatmağı planlaşdırır. Artıq Mersisayd təmsilçisi futbolçunun agenti  və klubu ilə danışıqlara başlayıb.

Ekspertlərin qiymətləndirməsinə görə, Robinsonun bazar dəyəri 30 milyon avro təşkil edir. Onun “Fulhem”lə mövcud müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Cari mövsümdə ABŞ millisinin üzvü Premyer Liqada 11 oyuna çıxıb, qol vurmayıb.







Transfer