- Transfer
- 16:05 25.01.2026
Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares yenidən İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumata görə, ulduz hücumçunu heyətinə qatmaq istəyən klub “Arsenal”dır. “Topçular” argentinalının transferi üçün təxminən 92 milyon avro ödəməli olacaq. Hazırda futbolçunun agenti və klubu ilə danışıqlar davam edir.
Xulian Alvares 2024-cü ilin avqustundan etibarən Madrid təmsilçisinin formasını geyinir. 25 yaşlı hücumçunun “Atletiko” ilə mövcud müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə La Liqada Alvares 20 oyuna çıxaraq 7 qol vurub və 3 məhsuldar ötürmə edib.