25 yanvar 2026. Bazar günü

"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır


  • Transfer
  • 16:00 25.01.2026
  • Oxunma sayı: 53
"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır

“Çelsi”nin hücumçusu Liam Delap İngiltərə Premyer Liqasının digər top-klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "The Independent"ə istinadən məlumata görə, 22 yaşlı mərkəz hücumçunu “Mançester Yunayted” heyətinə qatmaq istəyir. “Qırmızı şeytanlar” hesab edir ki, Delap hazırkı komandanın oyun üslubuna uyğundur. Mançester klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Liam Delap “Çelsi” ilə 2031-ci ilin ortalarına qədər qüvvədə olan müqaviləyə malikdir. Futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir. Cari mövsümdə o, London klubunun heyətində 18 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer