- Transfer
- 16:05 25.01.2026
“Tottenhem”in qapıçısı Qullielmo Vikariyo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 29 yaşlı qapıçı yay transfer pəncərəsində “İnter”in formasını geyinə bilər.
Vikariyo həm vətəninə qayıtmaq istədiyini, həm də Milan klubuna keçməyə razılıq verib.
“İnter” hələ “Tottenhem”lə transfer şərtlərini razılaşdırmalıdır. Əgər razılıq əldə olunarsa, Vikariyo Yanna Zommeri əvəz edəcək.
Onun "Transfermarkt"a görə bazar dəyəri 30 milyon avro qiymətləndirilir.