26 yanvar 2026. Bazar ertəsi

 “Jirona”nı İstanbul nəhənginə dəyişdi


  • Transfer
  • 15:02 26.01.2026
  • Oxunma sayı: 86
 “Jirona”nı İstanbul nəhənginə dəyişdi

22 yaşlı yarımmüdafiəçi Yaser Asprilya qış transfer pəncərəsində komandasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, “Jirona”nın futbolçusu icarə əsasında İstanbulun “Qalatasaray” klubuna keçib. Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilə cari mövsümün sonuna qədər qüvvədə olacaq. İcarə müddəti başa çatdıqdan sonra klublar Asprilyanın tam transferi ilə bağlı danışıqlar apara bilərlər.

Cari mövsümdə kolumbiyalı yarımmüdafiəçi “Jirona”nın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə Asprilya İspaniya klubu üçün keçirdiyi 50 matçda 4 qol və 2 assist müəllifi olub.







Transfer

“Aston Villa”dan "Çelsi"yə
  • Transfer
  • 23:32 26.01.2026
“Aston Villa”dan "Çelsi"yə