- Transfer
- 23:54 26.01.2026
“Yuventus”un mərkəz hücumçusu Duşan Vlahoviç qış transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Team Talk"a istinadən məlumata görə, serbiyalı forvardın xidmətində bir neçə klub maraqlıdır. Söhbət Londonun “Çelsi” və “Tottenhem” klublarından, eləcə də “Milan”dan gedir.
Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.
Vlahoviçin özü isə karyerasını İngiltərədə – “dumanlı Albion”da davam etdirməyə daha çox meyillidir.
Cari mövsüm A Seriyasında 13 oyunda meydana çıxan Duşan Vlahoviç 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun “qoca sinyora” ilə mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.