- Transfer
- 23:45 26.01.2026
“Çelsi” klubu 17 yaşlı cinah müdafiəçisi Yisa Alao ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “mavilər”in rəsmi saytı məlumat yayıb.
Gənc futbolçu Çempionşipdə çıxış edən “Şeffild Uensdey” klubundan transfer edilib. Britaniya mətbuatının yazdığına görə, bonuslar da daxil olmaqla bu keçid “Çelsi”yə 1,1 milyon avroya başa gəlib.
Alao London təmsilçisi ilə 2,5 illik müqaviləyə imza atıb. Daha əvvəl futbolçuya “Mançester Yunayted” və “Liverpul” klublarının da maraq göstərdiyi bildirilirdi.
Cinan müdafiəçisi “Şeffild Uensdey”in əsas komandasında 5 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.