- Transfer
- 23:45 26.01.2026
Madrid “Real”ının ulduz hücumçusu Vinisius Junior gələcəyi ilə bağlı məsələyə mümkün qədər tez aydınlıq gətirmək niyyətindədir.
90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumata görə, braziliyalı futbolçunun əsas prioriteti “kral klubu” ilə müqaviləsini uzatmaqdır.
Lakin “Real” rəhbərliyi Vinisiusun mövsümə görə tələb etdiyi 30 milyon avroluq maaşı həddindən artıq yüksək hesab edir. Vinisius danışıqların uzanmasını istəmir və bu səbəbdən klub qarşısında ultimatum qoyub. “Real” aprel ayına qədər onun müqavilə durumu ilə bağlı yekun qərar verməlidir.
Əgər “ağ-qaralar” futbolçunun maaşını ciddi şəkildə artırmağa razılaşmasa, Vinisius klubdan ayrılmağa hazırdır. Bildirilir ki, 25 yaşlı hücumçu danışıqlarda mövqeyini gücləndirmək üçün digər klublardan aldığı təkliflər barədə də “Real” rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Vinisius Juniorun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.