- Transfer
- 23:45 26.01.2026
"Betis” komandasında çıxış edən mərkəz müdafiəçisi Natan karyerasını “Real” klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, braziyalı futbolçunun xidmətində Madrid nəhəngi maraqlıdır. İspaniya klubu artıq futbolçunun agenti ilə artıq danışıqlara da başlayıb.
Futbolçunun xidmətində “Çelsi” və “Nyukasl” klubları da maraqlıdır. Sevilya təmsilçisi müdafiəçinin transfer qiymətini 40–50 milyon avro aralığında müəyyənləşdirib.
Natanın klubla mövcud müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədədir. Cari mövsümdə braziliyalı müdafiəçi bütün turnirlərdə 27 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.
İspaniya La Liqasında 21 turdan sonra “Real” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Barselona”dan cəmi bir xal geri qalır. “Betis” isə 32 xalla altıncı yerdədir.